İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokurorluqdan Trampa 370 milyon dollarlıq tələb

353 06.01.2024 00:50 Dünya A A

Nyu-York ştatının baş prokuroru Letitia James məhkəmədən “Trump Organization” aktivləri ilə bağlı fırıldaqçılıq işi üzrə ABŞ-ın keçmiş prezidenti Donald Trampdan 370 milyon dollar tələb edib. Bu barədə ABC televiziyası məlumat yayıb.

Prokurorluq hesab edir ki, sabiq Amerika lideri aktivlərinin şişirdilmiş dəyəri sayəsində bu məbləğdə gəlir əldə edib. Bundan əlavə, Ceyms məhkəmədən Trampın, həmçinin “Trump Organization”un iki keçmiş işçisi - Allen Veisselberg və Jeffrey McConi-nin Nyu-York ştatında “daşınmaz əmlak sektorunda fəaliyyətini” ömürlük qadağan etməyi xahiş edir.

Nyu-York prokurorları 2022-ci ilin sentyabrında Tramp və onun şirkətinə qarşı mülki fırıldaqçılıq iddiası qaldırıblar. Ceymsin sözlərinə görə, şirkət kreditlər və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün aktivlərin dəyəri barədə yanlış məlumat verib. Prokurorların fikrincə, aktivlərin dəyəri 2,23 milyard dollar artırılaraq 3,6 milyard dollara qaldırılıb. Bildirilir ki, Trampın Floridadakı mülkünün, Manhettendəki “Trump Tower” göydələnindəki mənzillərinin, bir neçə ofis binasının və qolf üçün oyun sahələrinin dəyəri 2,23 milyard dollar artırılıb.

Trampın müdafiə komandası iddiaların əsassız olduğunu və əmlakın qiymətinin müxtəlif səbəblərdən zamanla dəyişdiyini təkid edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR