İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinlə bağlı ŞOK: öz hotelində bakirə qızları...

3193 26.07.2023 14:58 Son xəbər A A

“Vaqner” ÖHŞ-nin qurucusu Yevgeni Priqojinin yaxın keçmişi ilə bağlı sensasion məlumatlar yayılmaqda davam edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “The Insider” portalı muzdluların rəhbəri haqqında maraqlı yazı dərc edib.

Məlumata görə, Priqojin 2019-cu ildə Sankt-Peterburqda yaşayarkən mütəmadi olaraq pullu cinsi xidmətlərdən istifadə edib, özü üçün yetkinlik yaşında olan qızları seçib.

Jurnalistlər bu qızlardan birinin Priqojinə bakirəliyini 40 min rubla “satdığını” təsbit ediblər. Həmin qızın sözlərinə görə, iş adamı xüsusilə intim görüşlər üçün Sankt-Peterburqda Vasilievski adasındakı “Solo Sokos Hotel Vasilievsky” hotelində bir neçə otaq icarəyə götürüb. “The Insider” mənbəsi Priqojinin burada onlarla azyaşlı qızla cinsi əlaqədə olduğunu iddia edir.

Hətta buraya gətirilən qızlar Priqojinlə görüşməzdən əvvəl bakirəliyini sənədləşdirmək üçün “Soqaz” klinikasında müayinədən keçməli olub. Priqojinin “eskort” qızlarına gəlincə, burada mütəmadi olaraq bir ginekoloq tərəfindən yoxlanılıb, HİV, sifilis, hepatit üçün qan veriblər və bəzi qızlar bakirəliklərini sənədləşdiriblər.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Azadlıq Radiosunda “Soqaz” klinikası barədə material dərc olunmuşdu. Həmin materialda Sankt-Peterburqdakı “Soqaz” tibb mərkəzinin həkimlərinin Vladimir Putinin böyük qızı Mariya Vorontsova ilə və Rusiya prezidentinin bacısı oğlu Mixail Şelomovla əlaqəli olduğu yazılmışdı. Məlumata görə, sözügedən klinikada Putinin yaxın ətrafından olan şəxslərin pulsuz müayinə və müalicəsi aparılır. Bura milyarder Yuri Kovalçuk, “Ozero” kooperativinin həmtəsisçisi Sergey Fursenko və Federasiya Şurasının sədri Valentina Matvienko daxildir.

“The Insider”də gedən bu məlumatla bağlı Yevgeni Priqojin cəbhəsindən heç bir şərh gəlməyib. Əvvəllər mediada son dərəcə aktiv olan Priqojin artıq bir aydır ki, ictimaiyyətə görünmür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR