İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin təyyarəsində ölən pilot Rüstəm Kərimov kimdir?- FOTO

4412 24.08.2023 11:22 Son xəbər A A

Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarəsi qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, dünən qəzaya uğrayan özəl təyyarədə Priqojinlə birgə digər 10 nəfər də həlak olub.

Ekipaj arasında azərbaycanlı olduğu ehtimal edilən tatar əsilli Rüstəm Kərimov da var. O, Embraer-135 özəl jetinin ikinci pilotu olub.

Priqojinin təyyarəsində ölən pilot Rüstəm Kərimov kimdir? - FOTO

Qeyd edək ki, təyyarədə olan 10 nəfərin hamısı həlak olub 

Məlumata görə, R.Kərimov əslən Perm vilayətindəndir. 29 yaşlı Rüstəm Kərimov Ryazan vilayətindəki Sasovo Mülki Aviasiya Uçuş Məktəbinin məzunudur. O, 2019-cu ildə evlənib. Təyyarə qəzasından bir neçə gün əvvəl o, həyat yoldaşı ilə toylarının dördüncü ildönümünü qeyd edib.

Rüstəm Kərimovun atası mətbuata açıqlamasında bildirib ki, oğlu qəzadan 3 ay öncə həmin şirkətdə işə düzəlibmiş.

Musavat.com

Росавиация опубликовала список пассажиров разбившегося в Тверской области самолета. Скриншот

Priqojinin təyyarəsində ölən pilot Rüstəm Kərimov kimdir? - FOTO

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR