İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin Kreml administrasiyasına ötürdüyü mesajın İLGİNC DETALLARI

1824 25.06.2023 19:58 Son xəbər A A

“Yevgeni Priqojinin dünənki addımları əslində bir növ Kreml administrasiyasına ötürülmüş mesajdır. Yəni Priqojin açıq formada göstərmiş oldu ki, istənilən vaxt hakimiyyəti dəyişmək iqtidarındadır və hökumətin qərarlara təsir etmə imkanı var”.

Bunu Musavat.com-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

samir esas.jpg (198 KB)

Politoloqun fikrincə, bu olaylar həm də onu göstərdi ki, Rusiyanın ordu sistemində çatlar var:

“Düşünürəm ki, Kreml administrasiyası indiki məqamda çox ehtiyatlı davranmaq istəyir. Çünki bir tərəfdə işğalçı müharibə aparır, digər tərəfdən isə daxildə ikinci cəbhənin açılması Rusiyanın fəlakəti ola bilər. Amma hər halda Putin bir həmlə etdi. Lukaşenko vasitəsilə Priqojini nəzarətə aldı. Əgər Lukaşenko araya girməsəydi, 2 yol qalırdı – ya Priqojin hakimiyyətdə qalacaqdı, ya da Putin. Çünki Putin onu birbaşa xain elan etdi”.

Politoloq hesab edir ki, Priqojin sığortalanmayıb:

“Onun Belarusa keçməsi, orada nəzarət altına alınması ehtimalı daha çoxdur. Doğrudur, Peskov bildirdi ki, Priqojinə qarşı cinayət işi ləğv olunub, amma mən düşünmürəm ki, bu, o qədər də asan məsələdir. Çünki Putin artıq bilir ki, Priqojindən ona ciddi təhdid var.

Nəzərə almaq lazımdır ki, “Vaqner” Yevgeni Priqojin üçün xüsusi əhəmiyyət daşıyır və bu özəl şirkət onun arxasında dayanıb. Putin “Vaqner”in əl-ayağını toplayıb öz nəzarətinə alandan sonra Priqojinin zərərsizləşdirilməsi gedə bilər”.

Samir Hümbətovun sözlərinə görə, dünənki hal o deməkdir ki, Priqojin əzələ nümayiş etdirdi:

“Düşünürəm ki, dünən baş verənlər təkcə hakimiyyət daxili hesablaşma deyildi, bu, həm də kənar güclərin məsələyə müdaxiləsi idi. Belə bir qarışıq tendensiya idi. İstənilən halda Kreml administrasiyası müəyyən mənada laxlamış oldu”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR