İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojinin demarşı ilə bağlı ŞOK: ABŞ kəşfiyyatı...

2106 25.06.2023 14:40 Son xəbər A A

“Vaqner” ÖHŞ-nin başçısı Yevgeni Priqojin uzun müddətdir Rusiyanın hərbi rəhbərliyinə açıq şəkildə meydan oxumağı planlaşdırırmış. Bu barədə ABŞ kəşfiyyatı xüsusi məlumata malik olub.

Musavat.com xəbər verir ki, bununla bağlı CNN telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə əsasən, ABŞ kəşfiyyatçıları Priqojinin son məqsədinin nə olduğunu bilməyiblər.

Hələ bu həftənin əvvəlində kəşfiyyat rəsmiləri “Vaqner”in Ukrayna-Rusiya sərhədində aktivləşməsi barədə Konqres liderlərinə xüsusi brifinq veriblər.

“Amerika və müttəfiq ölkələrin analitik mərkəzləri Priqojinin silah-sursat ehtiyatı toplamaq da daxil olmaqla, belə bir hərəkata hazırlaşdığına dair əlamətlər görüblər”, - deyə qaynaqlardan biri kanala danışıb.

“Lakin hər şey çox tez baş verdi və Priqojinin Rusiya hərbçilərini hədələməkdə nə dərəcədə ciddi olduğunu, qoşunlarını hara aparacağını anlamaq mümkün olmadı”, - deyə mənbə qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR