İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin Sankt-Peterburqda üzə çıxdı - FOTO

1111 27.07.2023 15:25 Son xəbər A A

Bu ilin iyun ayının 24-də Rusiyada mərkəzi hökumətə qiyam qaldıran “Vaqner” ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin Putinin Afrikadan gələn qonaqlarını qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Sankt-Peterburqda keçirilən sammitdə Mərkəzi Afrika Respublikasının nümayəndələri Priqojinin butik otelində qalırlar.

Bu gün Mərkəzi Afrika Respublikasının Rusiya Federasiyasındakı səfiri Leon Dodon-Punagaz ilə Yevgeni Priqojinin Sankt-Peterburqdakı “Trezzini Sarayı” otelində görüşün fotosu yayılıb.

“Putinin aşpazı”na məxsus otel Sankt Peterburqdakı Universitetskaya sahili küçəsi 21-də yerləşir. Həmin otel bu ilin aprelin 2-də hərbi müxbir Vladlen Tatarskinin partladıldığı “Street Food” №1 barından cəmi yüz metr aralıda yerləşir. Priqojinin qiyamı zamanı məhz bu otelin həyətində maşında 4 milyard rubl nağd pul tapılmışdı.

Priqojin həmin oteli 2003-cü ildə 49 il müddətinə icarəyə götürüb. Həmin vaxt o, binanı 13 milyon rubla alıb və bərpaya daha bir neçə yüz milyon sərmayə qoyub. Gələn xəbərlərə görə, otelin ərazisini genişləndirmək istəyən Priqojin çox vaxt zorakı yollarla ərazi sahiblərini qovub çıxarıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR