İnsanlara hürriyət, millətlərə istiqlal!

“Priqojin sağdır, yaxın günlərdə...” – Rusiyalı politoloqdan "Putin işin əslini bilir" AÇIQLAMASI

1551 30.08.2023 14:01 Siyasət A A

“”Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin sağdır”.

 Bu iddia ilə rusiyalı politoloq Valeri Solovey çıxış edib. Onun fikrincə, Priqojin Rusiya Təhlükəsizlik Şurasının planlaşdırdığı sui-qəsddən sağ çıxa bilib və indi qisas almağı planlaşdırır.

Solovey qəza yerində Priqojinin DNT nümunələrini tapan Rusiya səlahiyyətlilərini yalan danışmaqda günahlandırıb. O iddia edib ki, təyyarəyə Priqojinin kaskadyoru minib və buna görə sui-qəsd cəhdi baş tutmayıb. Rusiyalı analitik Priqojinin təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu və göstərişi Putinin verdiyini irəli sürüb:

“Priqojin indi sağdır və azaddır. Putin bunu yaxşı bilir. Əgər Rusiya hakimiyyətinin bəyanatlarına inanırsınızsa, sizə nə deyə bilərəm?”.

Soloyev həmçinin, “Vaqner” liderinin 2 milyard dollarlıq fondunun olduğunu və bunun qisas almağa kifayət etdiyini deyib. Priqojinin gizləndiyi ölkəni yaxın günlərdə açıqlayacağını bildirən analitik onun Afrikada olmadığını da əlavə edib.

Bu açıqlamalar fonunda isə Priqojinin kaskadyoruna aid olduğu iddia edilən pasportlar Rusiyanın xəbər saytlarında və “Telegram” kanallarında dərc olunub.//Sfera.az 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR