İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Beyləqana təyin etdiyi icra başçısı kimdir? - DOSYE

4987 08.07.2024 14:36 Son xəbər A A

Prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovu Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Musavat.com xəbər verir ki, Dövlət başçısının digər Sərəncamı ilə o, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Əliyev Əzizovun dosyesini təqdim edirik:

Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. M. Əzizbəyov adına Neft və Kimya Akademiyasını mühəndis ixtisası üzrə bitirib.

O, 1985–1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986–1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987–1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989–1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990–1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993–1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996–2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olub, 2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR