İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən bahalaşma ilə bağlı sərt xəbərdarlıq: CANLI müzakirə

612 13.04.2022 15:21 Gündəm A A

“Mənə verilən məlumata görə, son üç ayda inflyasiya 18 faizə qalxıb”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bu, əlbəttə ki, yüksək rəqəmdir: “Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir. Ancaq eyni zamanda, onu da bildirməliyəm ki, üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur.

Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq. Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir”.
TVMusavat-ın 15:30-da canlı efirində aparıcı Emil Salamoğlunun qonağı olan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ölkədə gedən bahalaşma, dövlət başçısını xəbərdarlığını, avtobuslarda gediş haqlarını artırmaqla bağlı Tarif Şurasına edilən müraciəti, o cümlədən Paşinyanın etiraflarını və Prezidentin sülh müqaviləsi ilə bağlı açıqlamalarını təhlil edir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR