İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Xankəndidə “Böyük Ermənistan” adlı xəritədə ifşa etdi ki... - İLGİNC AÇIQLAMA

1533 17.10.2023 16:59 Siyasət A A

Sosial Tədqiqatlar Mərkəzinin departament müdiri Əziz Əlibəyli Xankəndidə Azərbaycan bayrağının dalğalanmasını şərh edib.

aziz.jpeg (273 KB)

O, Musavat.com-a açıqlamasında bu əlahiddə hadisənin bir neçə izahı olduğunu bildirib:

“Prezident İlham Əliyev atasından sonra Xankəndidə olan yeganə liderdir. Mərhum Heydər Əliyevin qurub-tikdiyi Xankəndidəki bina önündə xalqa qalibiyyət raportu vermək ancaq İlham Əliyev kimi qalib liderin qisməti ola bilərdi. Prezident Əliyev Xankəndidə sərkərdə kimi olub, qəribədir ki, hərbi mundirlə qalib sərkərdəni öz qarşısında görən xalq qələbə sevincinə doymur.

SERKERDE.jpg (125 KB)

Dünyanın bütün dillərində Xankəndi sözü yazıldı, 30 ilin, bəlkə də son 70 ilin siyasi ədəbiyyatına, ideologiyasına pərçimlənmiş “Stepanakert” adı əbədi dəfn edildi. Bu, artıq söz hadisəsi deyil, siyasi, ideoloji, diplomatik, psixoloji olaydır. Xankəndi prosesi erməni lobbisinin ilk məğlubiyyətinin yekun nəticəsi hadisəsidir. Bu günə qədər dünyanın maliyyə dövriyyəsinə nəzarət edən, qara dövriyyədə milyardlarla payları olan böyük və şəbəkələşmiş bir korporasiyanın tənəzzülü idi. Prezident Xankəndidə “Böyük Ermənistan” adlı xəritədə ifşa etdi ki, onların xəstə ideologiyaları bütün qonşu ölkələrin ərazilərinə göz dikməkdən ibarət imiş”.

Nigar,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR