İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident: "Keçmiş məcburi köçkünlərlə görüşlərdə demişdim ki..."

461 23.06.2023 15:43 Siyasət A A

Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır.

Musavat.com xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qaytarıldığını vurğulayan dövlətimizin başçısı bildirib: “Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR