İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyevin hakimiyyətinin 20 illiyi - Xankəndidə vurulan möhür!

2367 14.10.2023 13:29 Gündəm A A

Deputat: “O, Azərbaycan xalqına  son 200 ilin ən şərəfli və şanlı tarixini yaşatdı”

Oktyabrın 15-də Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu prezident seçdi. Keçən 20 il ərzində Prezident İlham Əliyev həm daxili, həm də xarici siyasəti ilə Azərbaycana dünya siyasi arenasında bəlli mövqe qazandırıb. Azərbaycan bölgədə söz və güc sahibinə çevrilib, dünyada nüfuzu artıb. Ən əsası, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi xalqımıza Qarabağ Zəfərini qazandırıb. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonrakı üç il ərzində ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində suverenliyimiz tam bərpa edilib. Ötən 20 il ərzində ölkəmiz həm beynəlxalq münasibətlərdə, həm də regional və ölkədaxili inkişafın bütün istiqamətlərində möhtəşəm nailiyyətlərə imza atıb. 

İlham Əliyevin daxili siyasətdə apardığı islahatlar Azərbaycanın gələcəyi üçün əhəmiyyət kəsb edən iqtidar-müxalifət münasibətlərinin normallaşmasına mühüm töhfə verdi. Bu gün siyasi partiyalar ideologiyasından asılı olmayaraq dövlətçiliyi, milli birliyi əsas götürür. 

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

 Azər Badamov

Hakim partiyanın üzvü, millət vəkili Azər Badamov “Yeni  Müsavat”a açıqlamasında bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı ən böyük xidməti ölkənin gələcəyini etibar edə biləcək layiqli siyasi varisin cəmiyyətə təqdim edilməsidir. Millət vəkili tarixi kontekstdən yanaşaraq qeyd etdi ki, güclü imperiyalar ona görə dağılıb ki, böyük sərkərdələr, liderlər özlərindən sonra dövləti idarə edə biləcək bir şəxsiyyəti yetişdirə bilməyiblər: “Ulu Öndər isə Azərbaycanın dövlət müstəqilliyinin əsaslarını yaratmaqla yanaşı, özündən sonra dövlətin və xalqın taleyini etibar edə biləcək bir şəxsiyyət yetişdirdi.  Belə ki, 15 oktyabr 2003-cü il prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürərək xalqa müraciət etdi və əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi. Dahi liderin bu  çağırışının dövlətin və xalqın taleyinin gələcəyi ilə bağlı olduğunu zaman sübut etdi.  Prezident İlham Əliyevin rəhbərliyinin 20 ilində Azərbaycan dövləti ictimai-siyasi həyatının bütün sahələrində kompleks inkişaf yolu keçdi. Bu inkişaf yolunda Ulu Öndərin siyasi kursu və strategiyası yüksək dəqiqliklə davam etdirildi. İlk növbədə ölkədə  siyasi sabitliyin daha da möhkəmlənməsini qeyd etmək olar.  Bu illərdə ölkədə  siyasi sabitliyi pozmaq üçün ölkə daxilində və xaricindən çoxlu cəhdlər olundu.  Amma Azərbaycan xalqı öz prezidentinin yanında daha da sıx birləşdi və bu birliyi heç bir gücün sarsıda bilməyəcəyini dünyaya sübut etdi. Ölkə başçısı ilə xalq arasındakı monolit birlik digər uğurların təməlində dayanır. Prezident İlham Əliyevin rəhbərliyinin 20 ilində dövlət idarəetmə sistemində dərin islahatlar həyata keçirildi. Bu islahatlar korrupsiyaya qarşı mübarizəni gücləndirdi, operativ və şəffaf idarəetmə sisteminin formalaşmasına yol açdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların hakimiyyət qollarına sirayət etməsi sayəsində  ölkədə demokratik  və şəffaflıq təmin edilməklə yeni siyasi konfiqurasiya formalaşdı.  Təmin olunmuş siyasi sabitlik və şəffaf dövlət idarəçiliyi ölkədə siyasi və iqtisadi islahatların uğurla aparılmasına yol açdı. Belə ki, cənab İlham Əliyev prezident seçiləndə Azərbaycanın regionları ilə mərkəz arasındakı fərqi aradan qaldıracağını və həyata keçirilən sosial-iqtisadi inkişafdan hər bir vətəndaşın yararlanacağını qeyd etmişdi. Məhz 2003-cü ildə imzalanan və 2004-cü ildən icrasına başlanmış Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının üç mərhələsinin icrasına 245 milyard dollar sərmayənin yatırılması sayəsində Azərbaycanın bütün regionları yenilənmişdir. İcrası davam etdirilən  Dövlət Proqramının 4-cü mərhələsinə 20 milyard dollar nəzərdə tutulsa da,  işğaldan azad olunan ərazilərin yenidənqurma və bərpasına  əlavə olaraq  7 milyard dollar vəsait yönəldilib. Azərbaycan bu gün artıq qələbə ruhu ilə inkişaf edir. Prezident İlham Əliyev son 20 ildə ölkədə sarsılmaz milli birlik və həmrəylik yaratdı, siyasi və iqtisadi müstəqillik təmin edildi, ordunu müasirləşdirdi, öz canını vətən yolunda fəda etməyə hazır olan gənc nəsil tərbiyə olundu və  30 il işğal altında qalan torpaqlarını azad edərək Qarabağda separatçıların yuvasını məhv etdi.  Prezident İlham Əliyev Azərbaycan xalqına  son 200 ilin ən şərəfli və şanlı tarixini yaşatdı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı gələcəkdə daha böyük uğurlar və qələbələr gözləyir. Hakimiyyətdə olduğu 20 ildə cənab İlham Əliyev özünün  hər bir azərbaycanlının prezidenti olduğunu sübut etdi. Yaşasın Prezident İlham Əliyev! Yaşasın çiçəklənən güclü Azərbaycan!”

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

 Tural Abbaslı

Hakimiyyətin siyasi opponentlərindən biri olan Ağ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a şərhində qeyd etdi ki, İlham Əliyevin hakimiyyəti müxtəlif aspektlərdən dəyərləndirilə bilər. O vurğuladı ki, bu illər ərzində  Azərbaycanda, demək olar, bütün sahələrdə nəzərəçarpan inkişaf olub: “Dövlət layiq olduğu rifah içərisində yaşayır, sosial ədalət, hüququn aliliyi, sərvətlərin bərabər bölgüsü təmin olunub. Təhsil, səhiyyənin səviyyəsi çox yüksək səviyyədə inkişaf etməsə də, İlham Əliyevin iqtidarda olduğu dövrdə ən böyük uğuru Qarabağ və ətraf rayonların işğaldan azad edilməsidir. Azərbaycan ərazilərini işğaldan azad edib, suverenliyini tam bərpa edib. Bu uğur bütün uğursuzluqları üstələyir. Qarabağın azadlığı hər şeydən üstündür. İlham Əliyevin Qarabağ məsələsində göstərdiyi performansa görə onun hakimiyyətini uğurlu hesab etmək olar”. 

Akif Nağı MSK-dan cavab gözləyir – Novator.az

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə İlham Əliyevin hakimiyyətdə olduğu illəri belə dəyərləndirdi: “İlham Əliyevin hakimiyyəti illərində kifayət qədər yüksək nəticələr əldə olunub. İlk növbədə Qarabağın işğaldan azad edilməsini qeyd etmək lazımdır. İlham Əliyevin hakimiyyətə gəldiyi ilk illəri xarici təşkilatlar, beynəlxalq ekspertlər Azərbaycanın mövqeyində daha konkret, sərt məsələlərin əks olunması kimi  dəyərləndirirdilər. 2004-cü ildə Qarabağın taleyi ilə bağlı Praqa prosesi başlamışdı. Nəticələr tədricən özünü göstərirdi. Azərbaycan heç bir məsələdə güzəştə getməyəcəyini göstərdi. Ərazilərimizin işğaldan tam azad ediləcəyi xətti ortada idi. Uzun müddət İlham Əliyev Azərbaycanın mövqeyini beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, məsələnin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğumuz kontekstindən təqdim edirdi. Əks tərəf isə bu mövqe ilə hesablaşmırdı. Nəticədə Azərbaycan hərbi yola əl atmalı oldu. Məlum oldu ki, İlham Əliyev bu yol üçün kifayət qədər hazırlıqlı idi. Həm ölkənin daxilində cəmiyyətin birliyinə nail olmaq istiqamətində nəticələr əldə etdi, eyni zamanda xalqın vahid iradəsinin nümayiş etdirilməsi ilə bağlı nəticə əldə olundu. Azərbaycanda ordu quruculuğu, silah-sursatın tədarükü ilə bağlı məsələlər həllini tapdı, yəni döyüşə qadir ordu yaradıldı. Əhval-ruhiyyənin yüksək səviyyədə olması da təsadüfi deyildi. Eyni zamanda xarici amillər də hazırlanmışdı. Azərbaycan beynəlxalq təşkilatlar qarşısında öz mövqeyini ortaya qoyurdu, öhdəlikləri yerinə yetirdiyini açıq şəkildə göstərirdi. Azərbaycan ermənilərin təxribatlarına cavab olaraq hərbi əməliyyatlara başladıqda beynəlxalq təşkilatlar, böyük dövlətlər Azərbaycanı heç bir məsələdə qınaya bilmədilər. Beləliklə, İlham Əliyev II Qarabağ müharibəsində qələbə qazanmaqla adını tarixə yazdı. İlham Əliyev 44 günlük Vətən müharibəsindəki qələbə ilə kifayətlənməyərək  Xankəndini də işğaldan azad etməyi hədəf qoydu: ”Bu gün Xankəndi Azərbaycanın tam nəzarəti altındadır. Suveren hüquqlar bütün ərazimizdə bərpa olunub. Bu siyasət uğurla davam etdirilir. Çox sayda təzyiq olduğu üçün bu siyasəti davam etdirmək asan deyil. Öz maraqlarını güdən dövlətlər, beynəlxalq təşkilatlar var ki, qərəzli mövqedən çıxış edirlər. Eyni zamanda Ermənistanı müdafiə edirlər. Belə bir şəraitdə hədəfə doğru getmək çox çətindir. İlham Əliyev bunu bacarır". 

A.Nağı qeyd etdi ki, Prezident İlham Əliyev təkcə diplomatiyada deyil, digər sahələrdə də uğurlu addımlar atır: “Neft strategiyası sahəsində də uğurlarımız çoxdur. Neft kəmərlərinin şaxələnmiş şəkildə yayılması ciddi uğurdur. Neft ölkələrinin əksəriyyəti, demək olar ki, səfalət içərisində və müharibələr şəraitində yaşayıblar, hər yerdən basqılar olub. Azərbaycan isə neftdən kifayət qədər bəhrələnə bildi. Azərbaycan həm qaz idxal edən ölkə kimi tanınır, eyni zamanda neftlə bağlı düzgün siyasət davam etdirilir.  Dünya dövlətləri Azərbaycanla hesablaşır. O cümlədən ölkə daxilində iqtisadiyyatın dirçəldilməsi baxımından uğurlu addımlar atıldı. ”Siyasi partiyalar haqqında" qanunun qəbulu ilə Azərbaycanda sağlam partiyalaşma prosesi gedir. Təhlükəli məqam bu idi ki, partiyalar hansısa xarici qüvvələrə xidmət etsin. Bu proses  müsbət istiqamətdə gedir. Yaxın gələcəkdə daha ciddi nəticələr olacaq". 

Həmin zaman sülhməramlılarla toqquşma həddinə gəlmişdik" - Elşad Musayev  GİZLİNLƏRİ açdı

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, İlham Əliyevin prezidentliyinin 20 ilinin tamam olması siyasi bioqrafiya baxımından xeyli müddətdir.  Partiya sədri bu illər ərzində baş verən mühüm hadisələrə diqqət çəkdi: “Bu müddət ərzində Azərbaycanın əraziləri işğal altında idi, 1 milyon qaçqın, məcburi köçkün problemi var idi. Əhalini narahat edən əsas məsələ ölkənin ərazi bütövlüyünün qəbul edilməsi idi. İlham Əliyevin fəaliyyətinin ən mühüm hissəsi ərazi bütövlüyünün  bərpa olunması, işğal altında olan torpaqlarımızın azad edilməsində lider kimi iştirak etməsi idi. O, Azərbaycanın tarixində ölkənin ərazi bütövlüyünü təmin edən, torpaqları işğaldan azad edən, düşmən üzərində böyük qələbə qazanan dövlət başçısı kimi qalacaq. 

Bundan sonrakı mərhələdə Turana gedən yolda İlham Əliyevdən ciddi addımlar gözləyirik". 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR