İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev İsrailin sabiq baş nazirini qəbul edib - YENİLƏNİB

728 09.03.2023 17:03 Siyasət A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrailin sabiq baş naziri Ehud Olmerti qəbul edib.

Musavat.com xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyi vurğulanıb, bu Forumun getdikcə çox mühüm beynəlxalq platformaya çevrildiyi məmnunluqla qeyd edilib, burada çox sayda ölkədən nüfuzlu siyasətçilərin və digər qonaqların iştirakı bunun göstəricisi kimi qiymətləndirilib.

Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunulub, münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub. Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulanıb.

Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR