İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyev BƏƏ-də mühüm görüşlər keçirdi

783 02.12.2023 12:12 Siyasət A A

Birləşmiş Ərəb Əmirlikləri ilə müxtəlif iqtisadi sferalar üzrə daha sıx tərəfdaşlığın böyük perspektivləri müzakirə olunub; dövlət başçısı Ərdoğanla da görüşüb

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-ə ev sahibliyi etməsi və bu tədbirin yüksək səviyyədə təşkil olunması münasibətilə Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana təbriklərini çatdırıb.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlığa əsaslanan əlaqələrin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təsis edilməsi və onun açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin 4 nazirinin iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirilib. Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşlarla imzalanmış sazişlərə uyğun olaraq bərpaolunan enerjinin 10 qiqavata çatdırılacağı vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında yaradılmış birgə investisiya fondunun əhəmiyyəti qeyd edildi, bunun iqtisadi-ticari əlaqələrimizin və qarşılıqlı sərmayə sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi bildirilib.

SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti-ADNOC arasında uğurlu əməkdaşlığın və birgə layihələrdə iştirakın əhəmiyyəti vurğulanıb.

Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkətinin Azərbaycan ilə limanlararası, gəmiçilik, nəqliyyat, logistika sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, Orta Dəhliz istiqamətində nəqliyyat-logistika sahəsində tərəfdaşlığın böyük perspektivlərinin olduğu qeyd edilib.

İlham Əliyev BƏƏ prezidentini təbrik etdi - GlobalInfo.az

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Görüşdə regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Dekabrın 1-də isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını qarşılayıblar.

Ekspertlər bildirir ki, Prezidentin səfəri və keçirilən görüşlər, apardığı danışıqların Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələri və əməkdaşlığına təkan verəcək. BƏƏ Azərbaycan üçün əhəmiyyətli ölkədir.

Dövlətimizin başçısı gərgin iş qrafikinə baxmayaraq, Sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə də ayaqüstü söhbət etməyə vaxt tapıb.

Fikrət Yusifov İctimai Nəzarət Mərkəzinin icraçı direktoru seçilib » Öndər  TV - İnternet televiziyası

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, müstəqillik illərində Azərbaycan İslam dünyası ölkələrinin əksəriyyəti ilə yaxın münasibətlər yaradıb. Bu sırada Yaxın Şərqin inkişaf etmiş ölkələrindən olan Birləşmiş Ərəb Əmirlikləri ilə olan münasibətlərimiz xüsusi qeyd olunmalıdır: “Ərazisi, əhalisi, təbi sərvətləri,  neft və qazla zənginliyi baxımından Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında bir oxşarlıq mövcuddur. Olduqca əlverişli bir mövqedə yerləşən Ərəb Əmirlikləri eyni zamanda Uzaq Şərqlə Avropa arasında ticarət əlaqələrinin yaradılmasında xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə də Şərqlə Qərbi birləşdirən Azərbaycanla dost ölkə arasında oxşarlıqlar mövcuddur.

Son illər ərzində iki ölkə arasında iqtisadi əlaqələr getdikcə daha da genişlənir. Belə ki, 2022-ci ildə 2021-ci illə müqayisədə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ümumi ticarət dövriyyəsi 2 dəfədən çox artmışdı. İki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlığın yeni nümunəsini isə biz bu yaxınlarda Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılması ilə gördük. İki ölkə arasında bu sahədəki əməkdaşlıq dünyada enerji balansının sürətlə dəyişməyə başladığı indiki dönəmdə olduqca böyük mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında ekoloji təmiz enerji resurslarının dövriyyəyə buraxılması istiqamətindəki əməkdaşlığın bundan sonra da davam edəcəyi və Azərbaycanın yaşıl enerji potensialının reallaşdırılmasında Birləşmiş Ərəb Əmirliyinin şirkətlərinin iri sərmayələr yatıracağı şübhəsizdir".

Sabiq nazir qeyd etdi ki, Azərbaycan Yaxın Şərqin aparıcı bir dövləti ilə bu qədər yaxın münasibətlərində məmnundur: “Birləşmiş Ərəb Əmirliyi Azərbaycanla birgə olduğu beynəlxalq müstəvilərdə bizim haqq işimizi həmişə dəstəkləyən ölkələrdən biri olub. Müstəqilliyimizin ilk illərində Qarabağ torpaqlarımızın Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsi səbəbindən Birləşmiş Ərəb Əmirliyi uzun müddət Ermənistanla diplomatik əlaqələr qurmamışdı.

Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq İqlim Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliyinə səfəri zamanı Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü və bu görüş zamanı tərəflər arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılması, iki ölkə arasında əlaqələrə yeni təkan verəcəkdir. Bu baxımdan Prezidentin BƏƏ səfərinin iqtisadi, siyasi əhəmiyyəti var".

Qeyd edək ki, Dubayda keçirilən tədbirə 100-dən çox dövlət və hökumət başçısı, eləcə də ümumilikdə 60 mindən çox nümayəndə qatılıb. Azərbaycanın genişmiqyaslı tədbirdə böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin ekologiya və iqlim sahəsində nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir. Azərbaycan ilk dəfə həmin tədbir çərçivəsində öz pavilyonu ilə təmsil olunub. 254 kvadratmetrlik ərazidə qurulmuş pavilyonda ölkəmizin iqlim dəyişmələri ilə mübarizə sahəsində gördüyü işlər, yumşaldılma və adaptasiya tədbirlərini özündə əks etdirən virtual eksponatların nümayişi ilə yanaşı müxtəlif yerli, regional və beynəlxalq təşkilatlar ilə birgə paralel görüş (side event) və seminarlarının keçirilməsi də planlaşdırılır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-in işə başladığını xatırladan təşkilat sədri böyük nümayəndə heyəti ilə təmsil olunan ölkəmizin orada fürsətin doğru dəyərləndirilməsi, həm iqtisadi, həm ekoloji, həm də diplomatik baxımdan gərəkli işlərin görülə bilməsi üçün qurulmuş geniş pavilyon vasitəsilə lazımi hədəflərə nail olacağını diqqətə çatdırıb. Qeyd olunub ki, alternativ, yaşıl, bərpa olunan enerjinin istehsalı, ixracatı istiqamətində xarici partnyorlarla görülmüş, görülməkdə olan və görüləcək işlər həm də virtual şəkildə iştirakçı ölkələrə və nümayəndə heyətlərinə çatdırılmış olacaq. 

Sözügedən tədbir 30 il Ermənistanın işğalı altında saxlanan ərazilərimizdə Ermənistanın törətdiyi ekolji cinayətlərin dünyaya çatdırılması üçün də tribuna rolunu oyanayacaq.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR