İnsanlara hürriyət, millətlərə istiqlal!

Praqada 28 May tədbiri keçirilib FOTO VİDEO

345 28.05.2022 14:25 Gündəm A A

Mayın 27-də Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbirə Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov və xanımı Əmanət Paşazadə, Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış ilə xanımı, digər səfirliklərin nümayəndələri, əcnəbi qonaqlar, Azərbaycanlı diaspor nümayəndələri və tələbələr qatılıb.

Tədbir Çexiya və Azərbaycanın dövlət himnləri ilə başlayıb, daha sonra səfir Adış Məmmədov Müstəqillik Günü ilə bağlı çıxış edərək həmyerlilərimizin bayramını təbrik edib. Çıxış zamanı Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü və 44 günlük müharibədəki qələbəmiz xüsusilə qeyd olunub. Tədbir azərbaycanlı caz musiqiçilərinin ifası ilə davam edib.

Ayxan Abbaslı, Praqa

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR