İnsanlara hürriyət, millətlərə istiqlal!

Poroşenko bir ayda bir illik qazancından çox gəlir əldə edib

766 08.03.2024 00:09 Dünya A A

Ukraynanın sabiq prezidenti Petro Poroşenko 2024-cü ilin fevralında sərvətini 250 milyon qrivnadan çox artırıb.

Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyi bildirir ki, bu, müharibədən əvvəlki 2021-ci illə müqayisədə demək olar ki, 90 milyon qrivna çoxdur.

Belə ki, Agentliyə təqdim edilmiş əmlak statusunun dəyişdirilməsi ilə bağlı dörd bəyannaməyə əsasən, 2024-cü ilin fevralında Avropa Həmrəyliyi fraksiyasının lideri Petro Poroşenko 251 milyon 194 min 907 qrivna qazanıb. Gəlir mənbələrinə aşağıdakılar daxildir: qiymətli kağızların və korporativ hüquqların özgəninkiləşdirilməsi, qiymətli kağızlar üzrə dividendlər və faizlər.

Müqayisə üçün deyək ki, bütün 2021-ci ildə Poroşenko cəmi 162 milyon 138 min qrivna varlanıb ki, bu da təkcə 2024-cü ilin fevral ayı ilə müqayisədə 89 milyon qrivna azdır.

Müharibədən əvvəlki il ərzində Poroşenkonun sərvəti 224 milyon dollar artaraq onu ölkənin üç ən zəngin adamından birinə çevirib. İndi Poroşenkonun kapitalı təxminən 1 milyard dollardır. Hazırda o, hazırda Avropa Xalq Partiyasının Rumıniyada keçirilən qurultayında iştirak edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR