İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşanın Baş naziri prezident seçkilərində iştirak etməyəcək

492 24.05.2024 01:02 Dünya A A

Polşanın Baş naziri Donald Tusk 2025-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində deyil.

“Report” xəbər verir ki, bu barədə siyasətçi “TVP Info”ya açıqlamasında deyib.

O, Varşava meri Rafal Tşaskovskinin “Vətəndaş Koalisiyası”ndan namizəd kimi prezident seçkilərində iştirakını dəstəklədiyini bildirib.

Ölkənin aparıcı siyasətçilərindən heç biri 2025-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini rəsmən açıqlamayıb.

Seymin (Polşa parlamentinin aşağı palatası) marşalı (spikeri) Şimon Holovnya və xarici işlər naziri Radoslav Sikorski kampaniyada iştirak edəcəklərini istisna etməyiblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR