İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa millisinin baş məşqisi: "Levandovski olanları həzm etməlidir"

744 23.11.2022 09:25 İdman A A

“Əlbəttə, çox da xoşbəxt deyiləm. Şanslarımız oldu, amma istifadə etmədik".

Qol.az xəbər verir ki, bu sözləri Polşa millisinin baş məşqisi Çeslav Mixneviç DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Meksika ilə qolsuz bərabərə qaldıqları oyunu şərh edərkən deyib.

O, sözügedən matçda penaltini qola çevirə bilməyən futbolçusu Robert Levandovski haqda da danışıb: “Oyundan sonra Robertə dedim ki, ona çox rəğbət bəsləyirəm. Əsəbləşdiyi açıq-aydın görünürdü. Üstəlik, soyunub-geyinmə otağımızda monitorlar var və bir neçə dəfə penalti epizodunu göstərdilər. Robert baxırdı. Mən ona necə kömək edə bilərəm? Düşünürəm ki, bunun öhdəsindən necə gəlmək lazım olduğunu ən yaxşı özü bilir. Bütün bunları həzm etməlidir. Amma komanda onu dəstəkləməyə hər zaman hazırdır.

Bilirəm ki, Robert bu qolu arzulayırdı. Ona görə təəssüflənirəm. Lakin bir çox böyük oyunçular böyük turnirlərdə penaltidən qol vura bilməyiblər”.

Mixneviç qruplarının digər oyununda Səudiyyə Ərəbistanının Argentinaya 2:1 hesabı ilə qalib gəlməsi barədə bunları söyləyib: "Bu komandanın çox oyununu görmüşəm. Ona görə də Səudiyyə Ərəbistanının Argentina üzərində qələbəsi mənim üçün sensasiyaya çevrilmədi. Lakin təbii ki, belə bir nəticə gözləmirdim”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR