İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa fermerləri yenidən Slovakiya ilə sərhədi bağlayıblar

340 15.03.2024 14:01 Dünya A A

Polşa fermerləri yenidən Slovakiya ilə sərhəddəki Xijne sərhəd-keçid məntəqəsini blokadaya almağa başlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb.

"Bizim aksiyamız taxıl bazarında sabitliyin pozulmasına səbəb olan və fermerlər üçün çətin iqtisadi vəziyyət yaradan Ukraynadan taxılın nəzarətsiz şəkildə Avropa İttifaqı ərazisinə axınına qarşı yönəlib", - etiraz iştirakçılarından biri radiostansiyaya deyib.

RMF24-ün məlumatına görə, artıq onlarla traktordan ibarət karvan sərhədə yaxınlaşır. Fermerlər Ukraynanın kənd təsərrüfatı məhsulları üçün bütün avtomobilləri buraxmağı və yük maşınlarını yoxlamağı planlaşdırırlar. Blokada başlayandan sonra saatda bir yük maşını sərhəddən buraxılacaq. Fermerlər martın sonunda Xijnedəki sərhəd-keçid məntəqəsinin blokadasını başa çatdıracaqlar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR