İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq hər kəsi maraqlandıran prosesin SENSASİON DETALLARINI açdı: “Artıq başlayıb!”

3950 12.04.2023 21:36 Gündəm A A

“Son dövrlər İranla Azərbaycan arasında münasibətlər çox gərgindir. İran Azərbaycana qarşı öz qərəzli münasibətini, düşmənçilik mövqeyini ortaya qoyur. Eyni zamanda sürətlə inkişaf edən Ermənistan-İran münasibətləri mövcuddur. İranın Azərbaycana qarşı çoxsaylı təxribatları gündəlik intensivlikdə müşahidə olunur”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

-ca0daec6159464103711134031410374124.jpg (237 KB)

Politoloqun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian arasında aparılan danışıqlardan sonra biz görürük ki, münasibətlərdə bu və ya digər formada yumşalmağa doğru müxtəlif müsbət addımlar sezilir:

“Çox istərdik ki, bu yanaşmalar ardıcıl xarakter alsın. Münasibətləri yaxınlaşdırmaq meyli diplomatik müstəvidə sərgilənsə də, ardınca çoxsaylı neqativ hallar baş verdi. Bunun qarşısı alınmalıdır, düşmənçiliyə son qoyulmalıdır. Azərbaycanın regional layihələr istiqamətində niyyətlərinə, “3+3” platformasına, bölgədəki iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması narrativlərinə müsbət yanaşılmalıdır. Bu xüsusda biz görürük ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib.

sefir.jpg (69 KB)

Şübhəsiz ki, münasibətlərdə yumşalma yönündə başlanan bir proses var və onun nəticəsi hər iki ölkənin və regionun maraqlarına xidmət etməlidir. Bu yanaşmalar səmimi, şəffaf, ardıcıl xarakter almalıdır. Təbii ki, Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə, qonşularla balanslaşdırılmış siyasətin formalaşmasına dəstək olub. Azərbaycan heç zaman İrana qarşı öz ərazisindən istifadə etməyib. Hesab edirəm ki, İran sadalanan məqamları ciddi şəkildə nəzərə almalıdır”.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvini qəbul edib. Bununla bağlı səfir özünün tvitter səhifəsində paylaşım edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR