İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: "Cinayətlər bəzi qüvvələr üçün fürsət yaradır"

501 05.03.2023 17:34 Siyasət A A

"Azərbaycan həssas regionda yerləşdiyi üçün ciddi təhdidlər hər zaman var. Məişət zəminində baş verən cinayətlərlə yanaşı, asayişin güclü qorunduğu dövlətdə, şəhərdə təxribatlar da baş verə bilər. Hüquq-mühafizə orqanlarımız dövlətin, əhalinin asayişini qorumaq iqtidarındadır".

Musavat.com xəbər verir ki, bunu Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ötən gün Bakının Xətai rayonunda baş verən hadisəni şərh edərkən bildirib.

O, hadisə nəticəsində mühafizə əməkdaşının öldürülməsindən təəssüfləndiyini qeyd edib: "Şübhəli şəxsin zərərsizləşdirilməsi güc strukturlarının ayıq-sayıq olduğunu bir daha sübut etdi. Güc strukturlarının sərt üzünü yoxlamaq lazım deyil".

Xəyal Bəşirov xatırladıb ki, bir aydan çox vaxt keçməsinə baxmayaraq, Tehranda səfirliyimizə edilən terrorla bağlı bizi qane edəcək araşdırmanın şahidi olmadıq: "Xətai rayonunda baş verən silahlı hücumla bağlı güc strukturlarının səfərbər olması, cinayəti törətməkdə şübhəli bilinənlərin zərərsizləşdirilməsi onu göstərir ki, dövlət qurumları konkret mövqe ortaya qoyduqda istənilən cinayətin açılması mümkündür. Gündüz saatlarında odlu silahla marketə basqın insanlarda xof yaratmaq məqsədi də daşıya bilər. DİN əməkdaşlarının əməliyyatı uğurla bitirməsi təhlükəsizliyimizin təmin edildiyinə əminlik yaradır. Bu cür hadisələr dünyanın istənilən ölkəsində baş verir. Şübhəlilərin isti izlərlə aşkar olunması peşəkarlığın göstəricisidir. Azərbaycan polisi asayişin keşiyindədir. Bir çox xarici, hətta daxili qüvvələr Bakıda belə hadisələrin baş verməsində maraqlıdır. Möhtəkirlər məkrli niyyətlərini həyata keçirmək üçün fürsət axtarırlar. Azərbaycan polisinin əzmi, çevik reaksiyası onların arzularını ürəyində qoyur".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR