İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloq: “Bu dövlətlər yeni münaqişəyə rəvac verir”

443 16.06.2023 14:36 Siyasət A A

“Son zamanlar həm sərhəddə, həm də Qarabağda təxribatlar törədilməkdədir. Laçındakı təxribat ilk növbədə sülh prosesini pozmaq məqsədilə edilib. Baş verənlər təsadüfə oxşamır”.

Bunu Musavat.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli deyib. 

O bildirib ki, ötən aydan etibarən diplomatik təmaslar intensivləşib. Politoloqun fikrincə, bəzi məsələlərdə tərəflər arasında yaxınlaşma müşahidə olunur: “Danışıqlar bəzi məsələləri razılaşdırmağa imkan verir. Bölgədə davamlı sülhdə maraqlı olmayan kənar güc mərkəzləri yenidən suyu bulandırmağa çalışırlar. Bunun üçün də Ermənistan hökumətində, ordusunda olan qüvvələrdən alət kimi istifadə olunur. Bu, danışıqlar prosesi üçün ciddi maneə yaradır”.

Mətin Məmmədli İran, Hindistan və Fransanın Ermənistana silah satmasına diqqət çəkib: “Bu məqam da vəziyyətin gərginləşməsində müəyyən dərəcədə rol oynayır. Ola bilər, yeni silahlara görə Ermənistan hökumətindəki, ordusundakı dairələr düşünürlər ki, vəziyyət iki il öncəki kimi deyil, özlərini daha güclü hesab edilər ki, təxribatlara davam edirlər. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan, bu gün də təcavüzkar niyyətindən imtina etməyən dövlətə silah tədarükü etmək əslində yeni münaqişəyə rəvac vermək deməkdir. Təəssüf ki, bu prosesə Rusiya ilə yanaşı, digər dövlətlər də qoşulub”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR