İnsanlara hürriyət, millətlərə istiqlal!

"Politico.eu" yol ilə dəhlizin fərqini bilmir?

893 10.09.2023 01:07 Yazarlar A A

Hikmət Hacıyev məsələyə aydınlıq gətirir

"Reuters" agentliyi: "Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev bildirib ki, hər iki marşrut eyni vaxtda açılacaq. Ermənistana gedən yolda Azərbaycan nəzarət-buraxılış məntəqəsi isə yerində qalacaq. (Yəni Laçın yolu dəhliz statusunda yox, əvvəlki rejimdə işləyəcək) Hikmət Hacıyev Bakının Qarabağ separatçı hakimiyyətinin buraxılması və tərksilah edilməli olduğu ilə bağlı çoxdankı mövqeyini bir daha dilə gətirib".

Bu məsələ ilə bağlı Avropa İttifaqına yaxınlığı ilə seçilən "politico.eu" saytı Hikmət Hacıyevdən münasibət öyrənib. H.Hacıyev deyib:

“Azərbaycan xoşməramlı jest kimi dağlıq ərazini Ermənistanla birləşdirən qondarma Laçın dəhlizi adlanan yolun eyni vaxtda açılmasının təmin edilməsinə razılıq verib. Laçın buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd rejiminə əməl olunmalıdır”.

H.Hacıyev Azərbaycan hökumətinin Qarabağ ermənilərini silahlarını yerə qoymağa və Azərbaycanın bir hissəsi kimi idarə olunmaq tələbini qəbul etməyə çağırışını təkrarlayıb. “Bu, Qarabağın erməni və azərbaycanlı sakinlərinin mövcud olan və birgə yaşaya biləcəyi davamlı sülhün yeganə yoludur”.

P.S. "Politico.eu" saytında gedən məqalənin başlığı belədir: "Azerbaijan agrees to reopen Lachin Corridor to Nagorno-Karabakh" (Azərbaycan Dağlıq Qarabağa Laçın dəhlizinin yenidən açılmasına razıdır). Başlıq yanlışdır. Çünki Laçın yolu "politico.eu" saytında gedən məqalədə də vurğulandığı kimi, yol statusunda açılır...

Elbəyi Həsənli, Sürix

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR