İnsanlara hürriyət, millətlərə istiqlal!

Politico: Demokrat partiyasını Baydenli seçkidə fəlakətli nəticə gözləyir

358 18.07.2024 00:19 Dünya A A

ABŞ-ın hakim Demokrat partiyasında Co Baydenə alternativ namizəd arayışları bitmir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı Politico saytı maraqlı məlumat yayıb.

Saytın yazdığına görə, vitse-prezident Kamala Harrisin belə, yeddi əsas ştatda seçicilər arasında prezident Co Baydendən daha yaxşı reytinqə malik olduğu ortaya çıxıb.

Bunu BlueLabs Analytics şirkətinin demokratlar arasında keçirilən qapalı sorğunun nəticələri, də göstərir.

Yeddi əsas ştatda 15,000-dən çox seçici ilə aparılan müsahibələrə əsaslanan sorğu alternativ namizədlərin prezident Baydeni orta hesabla üç xal qabaqladığı görünüb.

Demək olar ki, hər bir namizəd, o cümlədən vitse-prezident Kamala Harris Baydendən daha yaxşı çıxış edir. Sonuncu isə digər alternativ namizədlərin orta göstəricisindən geri qalır.

Ən çox dəstək alan potensial namizədlər arasında Arizona senatoru Mark Kelli, Merilend qubernatoru Ues Mur, Pensilvaniya qubernatoru Coş Şapiro və Miçiqan qubernatoru Qretçen Uitmerin adı keçir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR