İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisin kitabı – “Arzu ömrü uzatmır” - fotolar

808 29.04.2023 10:37 Son xəbər A A

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə DİN-nin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirovun “Arzu ömrü uzatmır” adlı kitabının təqdimatı keçirilib. Təqdimata müxtəlif təhsil müəssisələrinin tələbələri qatılıb.

Tədbiri açan Baş İdarənin rəisi Raqif Abbasovun təklifi ilə ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün müdafiəsi zamanı canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iştirakçıların ifasında Dövlət Himni ifa edilib.

Daha sonra R.Abbasov təqdimatın daxili işlər orqanlarında xidmət etməklə yanaşı yazıb-yaradan polis əməkdaşları ilə fəal gənclərin görüşünün təşkil edilməsi, belə asayiş keçikçilərinin ölkənin mədəni həyatına verdikləri töhfənin ictimaiyyətə çatdırılması çərçivəsində keçirildiyini bildirib. O, dövrü mətbuatda vətənpərvərlik ruhlu məqalələrlə çıxış edən polis polkovnik-leytenantı Hafiz Təmirovun həm də Azərbaycan Yazıçılar Birliyinin üzvi kimi öz yaradıcılığı ilə örnək olduğunu vurğulayıb.

Müəllifin “Sevgi dolu ürəyim”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”, “Dərdimdən ölən dərdlərim”, “İşıq”, “Sevgi də bir Vətəndir”, “Xatirən var” kitablarının geniş oxucu kütləsinin sevgisini qazandığı vurğulanıb, yeni təqdim olunan “Arzu ömrü uzatmır” adlı şer və hekayələr, publisistik yazılar yer alan nəşrinin də oxucu rəğbəti ilə qarşılanacağına əminlik ifadə olunub.

Çıxış üçün söz verilən H.Təmirov gənclərin vətənpərvərlik ruhunda yetişməsi üçün Azərbaycan Polisinin genişmiqayslı maariflədirici tədbirlər keçirməsindən, narkomaniya ilə əzmkar mübarizəsindən danışıb, Vətən müharibəsinin ön cəbhəsində Daxili Qoşunların hərbi qulluqçularının, arxa cəbhədə isə polisin imza atdığı böyük fədakarlıqlardan nümunələr çəkib. Vətən sevgisinin şeiriyyatla, sözlə, yaradıcılıqla cilalandığını deyən müəllif yeni kitabında da oxucularına, xüsusən gənclərə bu hissləri bədii boyalarla aşılamağa çalışdığını deyib.

Təqdimat kitab imzalanma mərasimi ilə başa çatıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR