İnsanlara hürriyət, millətlərə istiqlal!

Pirotexniki vasitələrin onlayn satışı ilə məşğul olan şəxs saxlanıldı - VİDEO

738 31.12.2023 12:38 Kriminal A A

Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin paytaxt ərazisində satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində pirotexniki vasitələrin sosial şəbəkələrdə onlayn satışı ilə məşğul olan 1999-cu il təvəllüdlü İsmayıl İsmayıllı saxlanılıb. Onun maşınına baxış zamanı ümumi dəyəri 30 min manata yaxın yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib. İ.İsmayıllının pirotexniki vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Həmin şəxs barəsində toplanmış material müvafiq tədbir görülməsi üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, son bir neçə gün ərzində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən

keçirilən tədbirlər nəticəsində pirotexniki vasitələrin satışı ilə məşğul olan ümumilikdə 4 nəfər müəyyən edilib və barələrində qanunauyğun tədbirlər görülüb.

PİRO.jpg (878 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR