İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiandan son dəqiqə açıqlaması: “Blokada və təhdidlər…”

960 23.04.2026 00:24 Dünya A A

İran və ABŞ arasında gərgin siyasi münasibətlər fonunda Tehrandan diqqətçəkən açıqlama gəlib.

İran prezidenti Məsud Pezeşkian rəsmi “X” hesabında paylaşım edərək, iki ölkə arasında dialoqun qarşısını alan əsas maneələri sadalayıb və Vaşinqtonu sərt tənqid edib.

Musavat.com xəbər verir ki, M.Pezeşkian yazıb: “İran İslam Respublikası dialoqu və razılaşmaları alqışlayıb və bunu davam etdirir. Öhdəliklərin pozulması, blokada və təhdidlər real danışıqların qarşısındakı əsas maneələrdir. Dünya sizin sonsuz ikiüzlü ritorikanızı və bəyanatlarla əməllər arasındakı ziddiyyəti görür”.

Pezeşkianın bu bəyanatı İran–ABŞ xəttində diplomatik etimadsızlığın hələ də dərin olduğunu göstərir. Mövcud siyasi gərginlik fonunda tərəflər arasında real yaxınlaşmanın baş verib-verməyəcəyi isə hələ də sual olaraq qalır.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR