İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan Zvartnots hava limanı ilə bağlı AÇIQLAMA

1310 12.03.2024 14:24 Siyasət A A

“Rusiya Federasiyası Ermənistandan sərhədçilərimizin Zvartnots hava limanında işini dayandırması barədə bildiriş alıb, İrəvanla təmaslar davam edir”.

Musavat.com-un məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində TASS-ın sualını cavablandırarkən bildirib.

“Bununla bağlı şöbəyə məktub daxil olub və hazırda şöbələr vasitəsilə əlaqələr aparılır. İndi daha çox şey deyə bilmərəm”, - Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan hava limanında rusiyalı sərhədçilər haqqında bəyanatını şərh edərkən deyib.

Kremlin sözçüsü əlavə edib: “Təbii ki, bütün mümkün səviyyələrdə təmaslar davam edəcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR