İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan gözlənilməz mesaj: Ukrayna ilə bağlı proses sürətlənir

1382 24.01.2026 03:14 Dünya A A

Ukrayna böhranının nizamlanması istiqamətində aparılan işlərdə irəliləyiş müşahidə olunur.

Musavat.com xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mövcud mərhələdə əldə olunan razılaşmaların praktik icrasının xüsusi əhəmiyyət daşıdığını bildirib.

Kremlin sözçüsünün sözlərinə görə, hazırda əsas diqqət “Ankoric formulu”nun tam şəkildə implementasiyasına yönəlib. O vurğulayıb ki, bu mexanizmin icrası Ukrayna böhranının siyasi-diplomatik yollarla həlli baxımından mühüm rol oynaya bilər.

Peskov qeyd edib ki, proses kifayət qədər mürəkkəbdir, lakin tərəflər arasında dialoqun davam etməsi ümumi dinamikanın qorunması üçün vacib amil olaraq qalır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR