İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərvin: "Ünsiyyətdə olduğum biri var, amma ərə getmək fikrim yoxdur... "

1532 03.05.2022 00:40 Şou-biznes A A

"Mənim üçün ciddi heç nə yoxdur. Yəni, ərə getmək, evliliyi düşünmürəm.

Ünsiyyətdə olduğum insan var, amma "ərə gedirəm" deyə adını qoyduğum bir şey yoxdur".

Musavat.com bildirir ki, bu sözləriaktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı "MTV maqazin"ə açıqlamasında deyib. Aktrisa artıq evlilik söhbətlərindən yorulduğunu vurğulayıb:

"Bəlkə də, nə vaxtsa olar... Olmazsa da, olmaz".

Aktrisa bu günə qədər ailə həyatı qurmamasının səbəbini şou-biznesdə olmağı ilə əlaqələndirib:

"Şou-biznesdə olmasaydım indi yəqin 5 dəfə evlənib, boşanmışdım. Şou-biznesdəki xanımların əksəriyyətinin ailə həyatı qurmamasının səbəbi seçdikləri sənət ilə bağlıdır".

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR