İnsanlara hürriyət, millətlərə istiqlal!

Perinatal Mərkəzdən köçürülən 6 körpənin vəziyyəti ağırdır

1025 09.01.2024 14:24 Hadisə A A

"Bu gün təxminən saat 05:00 radələrində şöbəyə 15 körpə daxil olub. Onların 6-nın vəziyyəti ağırdır. Həmin uşaqlardan 3-ü süni tənəffüs aparatına, digər 3-ü isə sipap aparatına qoşulub".

Musavat.com xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloqu Aysel Qədimova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, daxil olan körpələrin heç birində yanıq xəsarətləri olmayıb:

"Reanimasiyada olan körpələrin yaxın zamanlarda palataya köçürülməsi nəzərdə tutulmur. Daxil olan körpələrin heç birində yanıq xəsarətləri olmayıb. 15 körpədən 6-sı qız, 9-u isə oğlandır".

Qeyd edək ki, Perinatal Mərkəzdən köçürülən 26 uşağın 11-i Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına aparılıb.

Xalidə Gəray
Foto müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR