İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon: Ukrayna yaxın gələcəkdə rus qoşunlarını sıxışdırıb çıxara bilməyəcək

398 01.04.2023 14:34 Son xəbər A A

Ukrayna yaxın perspektivdə Rusiya qoşunlarını sıxışdırıb çıxarmaq və itirilmiş bütün əraziləri geri qaytarmaq kimi hərbi məqsədinə nail ola bilməyəcək.

AZƏRTAC xəbər verir ki, bu mülahizəni ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli "Defence One" nəşrinə onlayn müsahibəsində səsləndirib. Prezident Volodimir Zelenskinin Ukrayna üçün əsas hədəfin bütün Rusiya qoşunlarını öz ərazilərdən çıxarmaq olduğunu dəfələrlə bəyan etdiyini xatırladan general deyib: “Mən düşünmürəm ki, yaxın gələcəkdə bu, mümkün olacaq”.

Mark Millinin sözlərinə görə, Ukrayna qarşıya çox çətin hərbi vəzifə qoyub və Kiyevin həmin hədəfə bu il çatması mümkünsüz görünür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR