İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon İsrailə hərbi yardımı ARTIRIR

583 15.11.2023 14:05 Dünya A A

Pentaqon İsrailə hərbi yardımı artırıb. Eyni zamanda, “Apaçi” helikopterləri, 155 mm-lik mərmilər, gecə görmə eynəkləri, bunkerləri məhv edən sursatlar və hərbi maşınlar üçün lazerlə idarə olunan raketlərlə təchiz edib.

Musavat.com xəbər verir ki, "Bloomberg" bu barədə tələb olunan silahların siyahısını ehtiva edən Pentaqonun daxili sənədinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, sənəd oktyabrın sonlarına aiddir.

Oktyabrın sonuna olan məlumata əsasən, 30 mm-lik toplar üçün 36 min mərmi, 1800 "M141" bunker məhv edən sursat və ən azı 3500 gecə görmə cihazı tədarük edilib.

Pentaqonun sözçüsü təfərrüatları müzakirə etməkdən imtina edib.

Bildirilib ki, İsrail həmçinin 155 mm-lik 57 min artilleriya mərmisi, 20 min "M4A1" tüfəngi, 5 minə qədər "PVS-14" gecəgörmə cihazı, 3 min "M141" bunkeri məhv edən sursat, 120 mm-lik 400 minaatan tələb edib.

İsrail həmçinin ABŞ ordusunda xidmətdə olmayan 200 "Switchblade 600" pilotsuz təyyarə almaq istəyir. İstehsalçı "AeroVironment"in sözçüsü məlumatla bağlı şərh verməkdən imtina edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR