İnsanlara hürriyət, millətlərə istiqlal!

Pensiya, müavinət və sosial yardım alanlara ŞAD XƏBƏR - 30 faizədək...

39211 15.07.2024 09:36 Sosial A A
 
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Sosial tərəfdaş” layihəsi sosial ödəniş alanları endirimləri ilə sevindirməkdə davam edir. Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı alan şəxslər layihəyə qoşulan tərəfdaş şirkətlərə aid mağaza, klinika və restoranların xidmətlərindən istifadə və alış-veriş zamanı sosial ödəniş kartları ilə nağdsız qaydada ödəniş etdikdə onlara 30 faizədək endirim tətbiq olunur. Endirim təklif edən şirkətlərin siyahısı ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz. 
 
Sosial ödəniş alan şəxslər üçün partnyorlarımızdan “Buta” apteklər şəbəkəsi çoxsaylı endirimlər təklif edir. Bu apteklər şəbəkəsinin ölkə üzrə istənilən filialından dərmanları ucuz qiymətə almaq mümkündür. Bunun üçün ödənişi mütləq sosial ödəniş kartı ilə nağdsız qaydada ödəmək lazımdır. Bundan başqa həmin apteklərdən sosial ödəniş alan şəxslər bonuslar qazandıran “qayğı+” kartı da əldə edə bilərlər. “Qayğı+” kartı sahibi olmaq üçün sosial ödəniş kartı və şəxsiyyət vəsiqəsi ilə bu apteklər şəbəkəsinin istənilən filialına yaxınlaşmaq mümkündür. 
 
Əsasən kosmetik məhsullar, dəriyə qulluq vasitələri, saç rəngləri və müxtəlif çeşiddə aksesuarların təqdim olunduğu Narıncı və Bioderma mağazaları, həmçinin dadı damaqlardan getməyən, müxtəlif çeşiddə şokoladları ilə seçilən Stühmer Chocolate House  layihənin sosial tərəfdaşlarındandır. Bu məkanlarda alış-veriş edən hər kəs sosial ödəniş kartı ilə nağdsız qaydada ödəniş etdikdə təklif olunan endirimlərdən faydalana bilər.  
Müxtəlif ölçüdə kişi köynəkləri, sviter və aksesuarlar satılan, Bakı ilə yanaşı Sumqayıtda da fəaliyyət göstərən Tudors mağazası, dəbin həqiqi ünvanı hesab edilən kişi geyimləri mağazası Sherif Man və  fərqli modelləri, göz oxşayan, son dəbli qadın geyimləri mağazası İsabel Garcia da layihənin sosial tərəfdaşlarındandır. Bol çeşidli məhsulları ilə müştərilərinə geniş seçim imkanı verən bu mağazalar da sosial ödəniş alan şəxslərə endirimlər təklif edir. İstənilən məhsulu həmin satış məkanlarından sosial ödəniş kartı ilə nağdsız qaydada almaqla endirimlərdən faydalanmaq mümkündür.
 
Sosial tərəfdaşlar sırasında Pink Accesories mağazasının da adı var.  Yolunu bu məkandan salıb mağazadan istənilən məhsulu alanlar endirimdən faydalana bilərlər. Mi Home mağazası da “Sosial tərəfdaş” layihəsinə qoşulub. Bu mağaza müştərilərinə bol çeşiddə elektronik əşya – televizorlar, smart cihazlar, planşetlər, noutbuklar, saatlar, fitnes qolbağları, tozsoranlar, müxtəlif aksesuarlar, foto və video kameralar təklif edir.  Müxtəlif çeşiddə oyuncaqların satışı ilə məşğul olan,  Bakı və Sumqayıtda fəaliyyət göstərən Miniso mağazasında da sosial ödəniş alan şəxslərə endirim var.  Övladına, yaxud nəvə və nəticələrinə müxtəlif çeşiddə oyuncaqlar almaq istəyənlər yolunu bu mağazadan sala bilərlər. 
 
 
Bu aptek və mağazalarda təklif olunan endirimlərdən faydalanmaq üçün alış-veriş etdikdən sonra hesabı mütləq sosial ödəniş kartı ilə ödəmək lazımdır.  
 
“Sosial tərəfdaş” layihəsinə qoşulmaq istəyən şirkətlər (+994) 10-712-73-12 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR