İnsanlara hürriyət, millətlərə istiqlal!

Pekin Tayvanın başı üzərində qılınc oynadır

569 24.05.2024 11:50 Dünya A A

Çin Tayvanın yeni prezident Lay Sindeyə və ABŞ-a göstərmək üçün Tayvan ətrafında hərbi təlimlər keçirir və bununla adanın müstəqilliyini elan etməsinə mane olacağını bildirir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Pentaqon bu xəbərdarlığı ciddi qəbul edərək, ÇXR-in əvvəllər adada desant manevrləri həyata keçirdiyini xatırladıb. Əksər analitiklər hesab edir ki, hazırda Çin üçün belə bir addım atmaq sərfəli deyil.

Çin ordusunun komandanlığı quru qoşunları, donanma, hərbi hava qüvvələri və raket bölmələrinin birgə manevrləri barədə məlumat verib. Onların vəzifəsi döyüş meydanında düşməni dəf etmək və əsas hədəflərə dəqiq zərbələr endirməkdir. Gəmilər və təyyarələr Tayvan ətrafında patrul xidməti həyata keçirəcək.

“South China Morning Post” ekspertlərə istinadla yazıb ki, Çin bütün diqqətini adayı işğal etməkdənsə, mühasirəyə almağa yönəldir. Bu, eniş zamanı olduğu kimi böyük xərcləri tələb etməyəcək və adada daha az dağıntıya səbəb olacaq. Bundan əlavə, blokada strategiyası Vaşinqtonun Tayvanın müdafiə qabiliyyətini qorumaq üçün 1979-cu ildə qəbul edilmiş qanunun tələb etdiyi müdaxilə şansını azaldacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR