İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtda 3 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı dəhşətli hadisə yerindən VİDEO

1512 22.12.2022 09:33 Hadisə A A

Paytaxtda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Musavat.com İctimai Tv-yə istinadla istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 8 nəfər isə xəsarət alıb.

Məlumata görə, hadisə Qala-Türkan yolunda qeydə alınıb. Sürətlə hərəkətdə olan minik avtomobilinin sürücüsü sükana nəzarəti itirib. Nəticədə avtomobil hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin təsirindən avtomobillər deformasiyaya uğrayıb. Qəza zamanı 63 yaşlı Qurban Əliyev, 13 yaşlı Amilə Lütfəlizadə və onun bacısı 16 yaşlı Zarina Lütfəlizadə həyatlarını itirib.

Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspetiziya və Patoloji Anatomiya Birliyinə göndərilib.

Əldə olunan məlumata görə, hadisəyə taksi fəaliyyəti ilə məşğul olan avtomobilin sürücüsü səbəb olub. O, istintaqa ifadəsində həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğundan yorulduğunu və sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib.

Daha ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR