İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşiyanın “Qarabağ Azərbaycandır!” etirafı

2831 17.05.2023 16:43 Son xəbər A A

 

Ermənistanın baş naziri Nikol Paşinyan İslandiyada keçirilən Avropa Şurası sammitində bəyan edib ki, Ermənistan Azərbaycanın 86,6 min kv.km-lik ərazi bütövlüyünü, Bakı isə öz növbəsində Ermənistanın 29800 kv-km-lik ərazi bütövlüyünü tanıyır.

Musavat.com xəbər verir ki, Paşinyanın bu bəyanatı faktiki olaraq Qarabağın Azərbaycana aid olmasını etiraf etməsidir. Bir sözlə, Paşinyan “Qarabağ Azərbaycandır” deyir. Çünki Azərbaycanın 86.6 min kvadrat/kilometr ərazisinə təbii olaraq Qarabağ da daxildir.

44 günlük müharibədə Ermənistan ordusu darmadağın oldu. Ardınca Paşinyan Qərbin, İranın fitvasına gedərək Azərbaycana qarşı müxtəlif təxribatlara cəhd göstərdi. Sərhədlərin müəyyən olunması məsələsini uzatmaq üçün əlindən gələni etdi. Lakin Azərbaycanın, ölkə başçısı İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində Ermənistanın planları alt-üst oldu. 44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun əldə etdiyi zəfərin artıq siyasi və hüquqi baxımdan təsdiqlənməsi Ermənistan rəhbərliyinin faktiki olaraq Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi və Qarabağ da daxil olmaqla ərazi bütövlüyümüzü tanıması  Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasətinin nəticəsidir.

Bu gün Ermənistan yavaş-yavaş oyuna düşdüyünü anlayır. Yaxud da bunu anlamağa məcbur edilir.

Ermənistanın Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək məcburiyyətində qalmasından özünü “ermənidən çox erməni” kimi göstərən, revanşizm ideyaları haqda düşünən qüvvələrə hərbi və siyasi dəstək verərək regionu yeni müharibəyə təhrik edən Fransa və digər ölkələr də nəticə çıxarmalıdırlar.

Azərbaycan regionda sülhün tərəfdarıdır və hər zaman da bu, belə olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR