İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyasından olan deputatdan SENSASİON sözlər: "KTMT-nin müşahidə missiyası..."

817 19.05.2023 14:50 Region A A

Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Vigen Xaçatryan Rusiyanın siyasətini kəskin tənqid edib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

O vurğulayıb ki, Rusiya müşahidəçilərinin (KTMT müşahidə missiyası) Ermənistan ərazisində olması Ermənistana qarşı yeni təcavüz üçün bəhanə ola bilər:

"Moskva dəfələrlə İrəvana KTMT missiyasını şərti olaraq Ermənistan-Azərbaycan sərhədinə göndərməyi təklif edib, lakin Paşinyan Aİ-nin paramilitar missiyasına üstünlük verib."

Deputat qeyd edib ki, Rusiya öz sülhməramlılarını və sərhədçilərini Ermənistan və Qarabağ ərazilərində yerləşdirməklə öz üzərinə müəyyən öhdəliklər götürüb. Lakin onlar sonra geri çəkilirlər: "Ruslar geri çəkiləndən sonra onların yerində Azərbaycan əsgərləri peyda olur. Bütün bunlar müəyyən narahatlıq doğurur”.

"KTMT-dən olan “müşahidəçilər” də bunu edə bilər. Onlar ya onlara həvalə olunmuş ərazini tərk edə, ya da bu və ya digər sərhəd hadisəsi ilə bağlı son dərəcə ziddiyyətli açıqlamalar verə bilərlər.", - deyə Xaçatryan vueğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR