İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası: “Ermənistan hakimiyyəti Avropa platformasını daha əlverişli hesab edir”

498 26.10.2023 15:41 Region A A


“Ermənistan hakimiyyəti Avropa platformasını Azərbaycanla danışıqlar üçün kifayət qədər əlverişli hesab edir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə oktyabrın 26-da Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib.

“Bəli, Brüsselə səfər ləğv olundu, lakin Ermənistan tərəfi yenidən Avropa platformasında görüşməyə hazır olduğunu bildirdi”, - deyə Ovannisyan qeyd edib.

Erməni deputatın sözlərinə görə, Ermənistan yalnız öz dövlət maraqlarından çıxış edir.

“Biz Avropa platformasında Azərbaycanla danışıqlarımızı davam etdirməyə hazırıq. Orada bir neçə mərhələdə  Azərbaycanla mühüm razılaşmalar əldə etmişik. Hazırda Avropa platformasını kifayət qədər əlverişli hesab edirik”, - deyə erməni deputat söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR