İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası: Bəzi müxalif deputatların açıqlamaları yeni eskalasiya riskləri yaradır

423 23.05.2024 14:41 Dünya A A


Bəzi müxalifət deputatlarının açıqlamaları sərhəddə yeni eskalasiya riskləri yaradır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə mayın 23-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib.

Onun sözlərinə görə, söhbət Seyran Ohanyan, Qarnik Danielyan və Hayk Mamicanyandan gedir. Onlar delimitasiya və demarkasiya prosesini yanlış və vaxtından əvvəl hesab edərək onu aktiv şəkildə tənqid edirlər.

“Bu, Ermənistan üçün ciddi eskalasiya riskləri yaradır. Nə baş verə bilər? Bunu özünüz də bilirsiniz”, - deyə Ovannisyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR