İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın övladları ilə bağlı İLGİNC AÇIQLAMA

1390 01.11.2023 13:43 Son xəbər A A

“Qanun Ermənistan baş nazirinin ailəsinə, eləcə də digər yüksək rütbəli dövlət məmurlarına xidmət olunmasını nəzərdə tutur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu noyabrın 1-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan hökumətinin aparat rəhbərinin müavini Armenak Xaçatryan deyib.

Bununla Ermənistan rəsmisi baş nazirin ailə üzvlərinin onunla tez-tez xaricə dövlət təyyarəsində getməsi ilə bağlı suallara münasibət bildirib. Xaçatryanın iddiasına görə, Nikol Paşinyanın övladları üçün büdcə hesabına, məsələn, Avropa Parlamentinə xüsusi ekskursiyalar və səfərlər təşkil olunmur.

“O zaman onlar Avropa Parlamentinə necə gedib çıxıblar”, - deyə verilən suala, Ermənistan hökumətinin aparat rəhbərinin müavini belə cavab verib: “Mən bu məsələdə iştirak etmədiyim üçün konkret cavabını bilmirəm”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR