İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın oğlu danışdı, Alen Simonyan pis vəziyyətə qaldı

721 04.04.2023 14:55 Son xəbər A A

Ermənistan parlamentinin spikeri Alen Simonyan baş nazirin oğlu Aşot Paşinyanın “mənə qarşı hücum olmayıb” sözləri qarşısında pərt olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Aşot Paşinyan özü bu gün bu barədə açıqlama verib: “Mənə qarşı heç bir siyasi və ya başqa hücumlar olmayıb. Təəssüf ki, haqqımda yayılan yalan məlumatları təkzib etməliyəm. O ki qaldı “məlumat”ın yayılmasına, məncə, ən təəccüblü olanı kimin kimdən sitat gətirməsidir. Bunun necə baş verdiyi heç vecimə də deyil. Hər kəsə ən xoş arzularımı bildirirəm”.

Parlament sədri kiçik Paşinyaın yeni bəyanatına şərh verməkdən boyun qaçırıb. Halbuki bir gün əvvəl, Nikol Paşinyanın oğluna hücum edildiyi xəbərini yayan elə onun özü idi.

“Mən buna heç bir şərh verməyəcəm”, - deyə parlament spikeri jurnalistlərin israrlı suallarına bu cür cavab verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR