İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın istefa xəbərinə reaksiya: “Qulaqlarının dibini görərlər”

1004 07.05.2022 16:12 Region A A

Ermənistanın Baş nazirinin ofisi Nikol Paşinyanın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyan sosial şəbəkədə yazıb.

O bildirib ki, yalan şayiələr yayanlar baş nazirin istefasını öz qulaqlarının dibini görəndə görəcəklər:

“Ermənistan vətəndaşları cəmi bir il əvvəl öz seçimini ediblər. İrəvan küçələrində müxalifət öz tərəfdarlarını ruhlandırmaq üçün növbəti yalanı yayırlar. Başa düşürəm ki, sıralarınız azalıb, siz getdikcə azalırsınız, amma belə kiçik zarafatlarla siz öz tərəfdarlarınızı daha da məyus edirsiniz”.

Çaxoyan əlavə edib ki, müxalifət fəallığının azalması bir neçə günün işidir:

"Hər il istefa və növbədənkənar seçki tələb etmək absurddur".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR