İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı sülh müqaviləsinin mətnindən DANIŞDI

1248 26.05.2023 20:36 Region A A

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması prosesi davam edir. Ümumiyyətlə, bunu müsbət qiymətləndirmək olar”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hakim “Mülki müqavilə” partiyasından olan deputat Vladimir Vardanyan bu bəyanatı səsləndirib.

Onun sözlərinə görə, sənəddə qarşılıqlı məqbul müddəalar yer alacaq. Eyni zamanda, sülh müqaviləsi Ermənistanda bütün daxili prosedurlardan keçməlidir.

“Saziş hökumət tərəfindən təsdiqlənməlidir. Daha sonra Konstitusiya Məhkəməsinə göndərilir. Sonuncu, öz növbəsində, orada təsbit olunmuş öhdəliklərin ölkənin Əsas Qanununa nə dərəcədə uyğun olduğunu yoxlamalıdır. Bundan sonra müqavilə parlamentdə ratifikasiya edilməlidir. Ən sonda prezident ratifikasiya aktını imzalamalıdır. Mən beynəlxalq və yerli qanunvericilikdə təsbit olunan bütün prosedurları sadaladım”, - deyə deputat bildirib.

Erməni deputatın dediyin görə, eyni proses, Azərbaycanda da keçməlidir. Və yalnız bütün bunlardan sonra müqavilə qüvvəyə minəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR