İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: Bizdən heç kəs impiçment təşəbbüsünü dəstəkləməyəcək

599 13.05.2024 16:51 Siyasət A A


Ermənistanın hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Ovik Ağazaryan impiçment prosesinin başlanmasının mümkünlüyünü çətin hesab edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, müxalifətin səs azlığı səbəbindən bunu etmək imkanı yoxdur. Ağazaryan “Şərəf duyuram” fraksiyasından çıxan İşxan Zaxaryanla bağlı da sualları cavablandırıb..

“Mən bildiyimə görə, hətta onun belə öz düşərgəsində kifayət qədər səsi yoxdur”, - deyə erməni deputat bildirib.

Ağazəryan özü fraksiyasından hər hansı deputatın impiçment təşəbbüsünü dəstəkləyəcəyi ehtimalını istisna edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR