İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın bu sözləri separatçıları qorxuya saldı: Nümayəndə göndərildi

1798 15.09.2022 18:08 Region A A

Azərbaycan Ordusunun son günlər Ermənistanla sərhəddə təxribatların qarşısını alması və İrəvanı sülhə məcburetmə əməliyyatına başlaması Xankəndidəki separatçıları qorxuya salıb.

Teleqraf.com xəbər verir ki, bu gün Xankəndi separatçıları saxta deputatlarını İrəvana göndərib.

Ehtimal olunur ki, Azərbaycan Ordusunun son addımlarından, baş nazir Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olması haqda bəyanatından sonra separatçılar qorxuya düşüb.

Separatçıları narahat edən digər məqam Paşinyanın “29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan davamlı sülh və təhlükəsizlik əldə edərsə, biz daha da məmnun olacağıq. Bunu təmin edəcək sazişi, çox açıq deyirəm, imzalayacağam” ifadəsidir.

Ötən gün baş separatçı Araik Arutyunyanın adından bəyanat yayılıb. Bu gün isə separatçıların nümayəndə heyəti İrəvana gedib. Separatçılar yaranan vəziyyətlə bağlı Ermənistanda siyasi görüşlər keçirəcək.

Onlar qorxurlar ki, Ermənistan Azərbaycanla sülh sazişi bağladıqdan sonra Xankəndindəki separatçıların taleyi tükdən asılı olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR