İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın adamı kilsəni oğurluqda suçladı-Əks proses başlayıb  

599 23.05.2024 12:50 Dünya A A

“Erməni Apostol Kilsəsinin dövlət üçün faydalı ola biləcək istifadəsiz sahələri var, kilsə bununla məşğul olmalı, maliyyə vəsaitlərinin kölgədən çıxarılmasına şərait yaratmalıdır”

Musavat.com xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan. 

Paşinyanın tərəfdarı olan Hovhannisyan kilsəni oğurluqda ittiham edib:

"Bizim anlayışımıza görə xristianlıq oğurluq etməmək, korrupsiyada iştirak etməməkdir. Kilsə bu məntiqi rəhbər tutmalı və korrupsiyanın mümkün olduğu bir vəziyyəti yaratmamalıdır”,-deyə o bildirib.

Qeyd edək ki, Ermənistanda artıq əks proses başlayıb. Kilsə bütün cəhdlərinə, aksiyalarına, çağırışlarına baxmayaraq Paşinyanı devirə bilmədi. Getdikcə Ermənistanda aksiyalar da səngidi, keşiş Baqrat Qalstanyanın ətrafında toplaşanlar dağıldılar. İndi isə Paşinyan və tərəfdarları kilsənin üzərinə  hücuma keçib, bu kimi açıqlamalar verirlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR