İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Rusiya ilə bağlı SON DƏQİQƏ açıqlaması

1061 24.11.2023 16:25 Region A A

“Ermənistan hökuməti Rusiyanın bir sıra telekanalları tərəfindən ölkə ərazisində yayım haqqında sazişin bəzi bəndlərinin pozulması hallarını qeydə alıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.

O, xüsusilə dövlətin daxili işlərinə qarışmağı və ölkə daxilində siyasi sabitliyi pozmağı qadağan edən müddəalara diqqət çəkib. Paşinyanın sözlərinə görə, son bir neçə ayda Ermənistanın dövlət qurumları bu tələblərin yerinə yetirilməsi ilə bağlı müəyyən problemlər qeydə alıb.

Nikol Paşinyan bununla bağlı Rusiya tərəfi ilə müzakirə aparacaqlarını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR