İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan ETİRAF: “Ermənistan ordusu bu istiqamətdə geri çəkilir, Azərbaycan 1 kilometr irəliləyib"

2458 30.03.2023 13:26 Son xəbər A A

Ermənistan Laçın rayonu ilə sərhəddəki bir qisim ərazidən öz ordusunu geri çəkəcək. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, əraziyə sərhəd qoşunlarının yerləşdiriləcəyini bildirib: “Əldə olunan razılığa əsasən, bu marşrut 1 aprel 2023-cü ilə qədər fəaliyyət göstərməlidir. Bu yaxınlarda Azərbaycan tərəfini məlumatlandırmışıq ki, Kornidzor körpüsündən sonrakı yol razılaşmaya əsasən, Ermənistan ərazisi ilə davam etdiriləcək və bu məntəqədə nəzarəti Ermənistan Sərhəd Qoşunların mühafizəni ələ alacaqlar. Qeyd etmək istəyirəm ki, sərhəd qoşunları Ermənistan Müdafiə Nazirliyinin bölmələrinin dislokasiya olduğu mövqelərdə yerləşdiriləcəklər”.

O bütün bunların nəticəsində Ermənistanın mövqelərində heç bir dəyişikliyin olmadığını söyləyib.

Qeyd edək ki, adı çəkilən bölgə köhnə Laçın dəhlizinin başlandığı nöqtə sayılır və yolun bu hissəsi bir neçə nöqtədə Azərbaycan ərazisi ilə kəsişirdi. İrəvan bir müddət əvvəl Xankəndi ilə əlaqə üçün yeni marşrut müəyyənləşdirmək vədi vermiş və öz ərazisindən yeni yolun tikintisinə başlamışdı.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ekspert Rizvan Hüseynov və hərbi eksper Ədalət Verdiyevlə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR