İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Ermənistanla bağlı İLGİNC İDDİA 

1139 06.10.2025 13:39 Son xəbər A A

“Bizim cəmiyyətimiz istənilən Avropa cəmiyyətindən çox da fərqlənmir”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yerləşdirdiyi videomaterialda bildirib.

O, xüsusilə Kopenhagendə keçirilən sammit zamanı iştirakçı ölkələrdən birinin rəhbərinin çıxışından danışıb.

O çıxışda deyilirdi ki, həmin ölkədə dezinformasiya texnologiyalarından istifadə edən şəxslər sosioloji sorğu keçiriblər. Məqsəd ictimaiyyətə mənfi təsir göstərən və dövlətə, hökumətə qarşı yönəlmiş məlumatların hansı sahələrdə cəmləşdiyini müəyyənləşdirmək olub.

“Nəticədə məlum olub ki, bu, 4 sahədir:

– milli məsələlər,

– kilsə,

– səhiyyə və ya onun alternativ üsulları,

– sui-qəsd nəzəriyyələri.

Məncə, mənim “məsəlimin” nəyə işarə etdiyini hamı başa düşür”, - deyə Paşinyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR